Əsas Səhifə > Manşet > “Veysəloğlu” şirkəti süni bahalaşma və narazılıq yaradır - Şirkətin qiymət siyasəti ölkə bazarlarında ajiotaj yaradır
“Veysəloğlu” şirkəti süni bahalaşma və narazılıq yaradır - Şirkətin qiymət siyasəti ölkə bazarlarında ajiotaj yaradır22-01-2018, 16:35 |
|
Məgər bir şirkətin maraqları bütün dövlətin və xalqın maraqlarından üstündürmü? Baş verən son iqtisadi proseslərdən sonra milli valyutanın kəskin devolivasiyaya uğraması ölkə iqtisadiyyatında çətin vəziyyət yaradıb. Manatın kursunun ucuzlaşması fonunda qiymətlərdə kəskin bahalaşma müşahidə olunur. Bu isə əhalinin aztəminatlı qisminin yaşayış səviyyəsini daha da ağırlaşdırıb. Ölkədə müxtəlif sahələrdə inhisarçı kimi çıxış edən şirkətlər isə yaranmış şəraitdən maksimum yararlanmağa, daha çox qazanmağa çalışırlar. Prezidentin dəfələrlə süni qiymət artımına qarşı çıxış etməsi, bu yolla bazarlarda ajiotaj yaradanları tənqid etməsinə baxmayaraq bəzi şirkətlər öz bildiklərini etməkdədirlər. Hamıya məlumdur ki, artıq ticarət mərkəzlərində, marketlərdə qiymət artımı demək olar ki, hər gün müşahidə olunur. Xüsusilə gündəlik tələbat malları və ərzaq məhsullarının qiymətləri durmadan artır. Market sahibləri isə qiymət artımının əsas səbəbkarı kimi idxalçı şirkətlərin qiymətlərlə manipulyasiya etməsini göstərirlər. Azərbaycan bazarında inhisarçı mövqeyini saxlayan “Veysəloğlu” Şirkətlər qrupunun bu baxımdan daha fəal olduğu nəzərə çarpır. Apardığımız araşdırmalar nəticəsində şirkətin qiymətləri əsassız olaraq qaldırdığı, bu yolla süni bahalaşma yaratdığı ortaya çıxdı. Rubrika.az-a şikayət edən sahibkarlar bildirirlər ki, qida sektorunda açıq-aşkar monopolist mövqedən çıxış edən “Veysəloğlu” şirkəti bazarlarda istədiyi qiymət siyasətini diqtə edir. Hər hansı bir məhsulun qiymətini kəskin artırmaq istədikdə dərhal bazarda süni qıtlıq yaradılır, ardından isə qiymətlər qaldırılır. Sahibkarlar bildirir ki, əhalinin alıcılıq qabiliyyətinin gündən-günə zəiflədiyi bir zamanda “Veysəloğlu” şirkəti onları daha da çıxılmaz vəziyyətə salır. Belə ki, "Veysəloğlu" şirkəti marketlərə öncədən verdikləri malların pulunu sahibkarlardan indi tələb etməyə başlayır. Alverin zəif olması səbəbindən sahibkarlar pulu verə bilmədikdə, həmin borcun üzərinə 20% gəlirlər və sahibkara bununla bağlı sənəd imzalatdırırlar. Sahibkar razılaşmadıqda isə mağazaya bir daha mal verməyəcəkləri ilə hədələyirlər. Nəticədə sahibkarları faizə oturdan şirkət bazarlarda süni qiymət artımına şərait yaradır. Özləri isə bəyan edirlər ki, guya heç bir qiymət artımına getməyiblər. “Qazanan onlardır, əsas zərbə isə alıcılara və bizə dəyir” deyə sahibkarlar bildirirlər. Yaranmış vəziyyətlə bağlı bir neçə pərakəndə və topdansatış mərkəzlərində müşahidə apardıq. Adının açıqlanmasını istəməyən satıcılar bildirir ki, pərakəndə və topdansatış mərkəzləri o zaman qiymətləri artıra bilər ki, "Veysəloğlu" Şirkəti təqdim etdiyi məhsulların qiymətini artırsın. Şirkətdən də bizə yeni qiymətlər tətbiq olunur. Biz də sahibkar olaraq məcburuq ki, qiyməti artıraq. "Veyseloğlu" istəyir ki, bazarda süni qıtlıq yaratsın, nəticədə daha çox gəlir əldə etsin. Maraqlıdır ki, illərlə Azərbaycan bazarında inhisarçı mövqeyini saxlayan “Veysəloğlu” şirkəti belə çətin bir vəziyyətdə nədən dövlət başçısının tələblərini qulaqardına vuraraq süni bahalaşma yaradaraq narazılıq formalaşdırır. Həmçinin bilavasitə bu sahəyə cavabdeh olan Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nədən qəti tədbirlər görmürlər? Məgər bir şirkətin maraqları bütün dövlətin və xalqın maraqlarından üstündürmü? Rubrika.Az Geri qayıt |