Əsas Səhifə > Hadisə > Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır


23-01-2018, 12:28
Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

Rusiya Federasiyasının Federal Vergilər Xidməti xarici şirkətlərin Mübariz Mənsimova məxsus “Palmali” şirkətinin nizamnamə kapitalında payın alqı-satqısı üzrə bağladığı sövdələşmələrin qanunamüvafiqliyini yoxlayır.

Virtualaz.org news.ru-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının təhlükəsizlik və kurrupsiya ilə mübarizə komitəsinin sədrinin birinci müavini Dmitri Savelyev məlumat verib.

Mənbə xatırladır ki, əvvəllər bu cür xahişlə parlament üzvü Rusiya Federasiyasının istintaq orqanlarına müraciət etmişdi. Onun sözlərinə görə, “Palmali”nin iştirakı ilə vergi cinayətləri barədə “Moskovski komsomolets” nəşrindəki yazıdan sonra xəbər tutub. Həmin yazının müəllifləri iddia edirlər ki, türkiyəli iş adamı Mübariz Mənsimovun əməlləri üzündən Rusiyanın dövlət büdcəsi on milyonlarla dollar vəsait itirib.

Rubrika.az
Geri qayıt