Əsas Səhifə > Hadisə > Ağ Ev facebook hesablarını necə və niyə bağlatdırır...
Ağ Ev facebook hesablarını necə və niyə bağlatdırır...22-01-2018, 22:28 |
![]() Bu günlərdə Çeçenistan lideri Ramzan Kadırovun facebook və İnstagram hesabları bağlanıldı. Səbəb isə ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət Ofisinin Çeçenistan liderinə qarşı elan etdiyi sanksiyalar oldu. Məlumata görə ABŞ Maliyyə Nazirliyi Kadırovun adını sanksiyalar siyahısına “Magnitsky” Qanununa müvafiq daxil edib. Facebook şirkəti isə bəyanat yayaraq bildirib: “Biz bu hesabların sahibi və ya onun təmsilçisi olan tərəfin ABŞ-ın arzuolunmaz şəxslərin siyahısında olduğundan xəbər tutmuşuq və indi bunu təsdiqləyirik. Bu səbəbdən də facebook bu hesabları bağlamaq kimi hüquqi öhdəçiliyə malikdir”. Kadırov isə özünə qarşı olan bu ittihamları qəbul etməyərək öz hiddətini bildirib və ABŞ-da mənzillənmiş bu sosial media platformasını Vaşinqtonun təzyiqlərinə boyun əyməkdə ittiham etmişdi. Qeyd edək ki, Kadırovun rusdilli İnstagram hesabında 3 milyon, facebookda isə 750 min izləyicisi var idi. İnstagram hesabı bağlanmazdan az əvvəl yazdığı son postlardan birində ABŞ sanksiyalarını lağa qoyaraq Birləşmiş Ştatlara hazırda onsuz da səfər etməyə hazırlaşmadığını yazmışdı: “Mən fəxr edirəm ki, ABŞ-ın xüsusi xidmətlərinin gözündən düşmüşəm. Əslində ABŞ mənə bütün ömrümü, arasında Amerika xüsusi xidmətlərinin vələdüzinaları da olan xarici terrorçularla mübarizəyə həsr etməyimi bağışlaya bilmir”. Baş verən bu olaydan sonra facebookun (eləcə də “İnstagram”ın) Amerikanın siyasi iddialarında silah olması ilə bağlı fikirlər səslənməqdədir. Belə çıxır ki, Ağ Evdən təklif gələrsə, hədəfə alınmış şəxslərin hesabları həmən bağlana bilər. Bəs reallıqda necədir? Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: Rubrika.az Geri qayıt |