Əsas Səhifə > Müsahibə > Prezidentin köməkçisi: “Davos Forumunda İlham Əliyevin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb”
Prezidentin köməkçisi: “Davos Forumunda İlham Əliyevin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb”23-01-2018, 14:28 |
![]() “Davos İqtisadi Forumu dünəndən işə başladı. Forumda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir. 100-dən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlayıb”. Rubrika.Az-ın “Report”a istinadən xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov sosial şəbəkədəki hesabında yazıb. O qeyd edib ki, Azərbaycan Prezidenti 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb: “Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaq”. Rubrika.Az Geri qayıt |