Əsas Səhifə > Dünya > Ağ Evdə qalmaqal — Tramp müşaviri ilə sevgilidir

Ağ Evdə qalmaqal — Tramp müşaviri ilə sevgilidir


23-01-2018, 19:30
Ağ Evdə qalmaqal — Tramp müşaviri ilə sevgilidir

ABŞ prezidenti Donald Trampın Ağ Evdəki həyatından bəhs edən kitabın müəllifi Maykl Volf yeni iddia irəli sürüb.

Rubrika.az "Ölkə.Az"-a istinaden xəbər verir ki, yazıçı ABŞ-ın 45-ci prezidentinin Ağ Evdə gizli eşq yaşadığını bildirib. Qadın isə Tramp ailəsinə çox yaxın insan 29 yaşlı kommunikasiya işləri üzrə müdir Hop Hiksdir.

Volf yazdığı kitabda 71 yaşlı Trampın 47 yaşlı birinci xanım Melaniya ilə başqa-başqa otaqlarda yatdığını qeyd edib. Onun fikrinə görə, ər-arvadın arasında Ağ Ev işçisi girib.
Hop isə Ağ Evə gəlmədən əvvəl Trampın qızı İvankanın yanında işləyib. Tramp özündən 42 yaş gənc qadınla sevgili olduğu barədə xəbərə münasibət bildirməyib.

Rubrika.az


Geri qayıt