Əsas Səhifə > --- > Əbülfəs Qarayevin qızı “Qazprom”un sərgisinin kuratorudur
Əbülfəs Qarayevin qızı “Qazprom”un sərgisinin kuratorudur23-01-2018, 19:39 |
![]() Yanvarın 20-də İtaliyanın Bolonya şəhərində “Fikrini dəyişmək normaldır!” (It’s OK to change your mind!) sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, sərginin kuratorları Lorenso Balbi və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevadır. “Keçirilməsi ilə Lorenso Balbinin və azərbaycanlı elmi işçi Suad Qarayeva-Malekinin məşğul olduqları “It’s OK to change your mind!” sərgisi “İyirmi bir rus baxışı” devizi altında baş tutacaq. Sərgidə “Qazprombank”ın kolleksiyasından 21 rus rəssam və fotoqrafının əsərləri nümayiş olunur”, - İtaliyada dərc olunan “Koryere di Bolonya” qəzeti yazır. Qeyd edək ki, sərgi martın 18-nə kimi davam edəcək. Rubrika.az Geri qayıt |