Əsas Səhifə > Aktual > Əliyev bütün görüşlərində deyir ki... - Şərh

Əliyev bütün görüşlərində deyir ki... - Şərh


24-01-2018, 20:10
Əliyev bütün görüşlərində deyir ki... - Şərh

Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər həm iqtisadi, həm də siyasi baxımdan mühüm önəm kəsb edir.

Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, bunu Azərtac-a açıqlamasında siyasi şərhçi Arzu Nağıyev bildirib. O deyib ki, 70-dən artıq dövlət və hökumət başçısının, 100-dən çox ölkədən 3 minə yaxın nümayəndənin iştirak etdiyi Forum çərçivəsində Prezident İlham Əliyev 30-a yaxın görüş keçirib və bir sıra iclaslarda iştirak edib.

Siyasi şərhçi qeyd edib ki, dövlətimizin iqtisadi əlaqələri genişlənir, artıq Azərbaycanın iştirakı ilə müxtəlif ölkələrin dövlət və hökumət başçıları dünyada baş verən ən mühüm siyasi məsələləri müzakirə edirlər. “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərin, TANAP və TAP kəmərləri, “Şahdəniz-2” yatağından ilk qazın hasil olunması məsələlərinin müzakirəsi xüsusi qeyd edilməlidir. Bakı–Tbilisi-Qars dəmir yolunun açılışı, dəniz limanının tikintisi də mühüm məsələ kimi gündəmdə olub. Bu cür beynəlxalq layihələr, ilk növbədə, Azərbaycan vətəndaşının rifahına xidmət edir. Qeyri-neft sektorunun inkişafı da bu sıradandır. Təkcə sahibkarlığın dəstəklənməsi üçün xüsusi fonddan on il ərzində 2 milyard dollar həcmində vəsait verilib, regionların inkişafı ilə bağlı 3-cü dövlət proqramı icra edilir. Azərbaycan Prezidenti İlham Əliyev bütün görüşlərində vurğulayır ki, regional əməkdaşlığa yalnız siyasi cəhətdən sabit və inkişaf edən ölkələrdə nail olunur.

Siyasi şərhçi deyib ki, bütün beynəlxalq tribunalardan olduğu kimi, bu Forumda da Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən danışdı, qonşularla münasibətləri ön plana çəkdi, Azərbaycanda daxili risk və ya təhdidlərin mövcud olmadığını vurğuladı. Prezident ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, ölkəmizin bütün qonşularla çox yaxşı münasibətlərə malik olduğunu qeyd etdi.

Arzu Nağıyev vurğulayıb ki, siyasi və iqtisadi maraq kəsb edən məsələlərdən biri də Davosda “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı təqdimat mərasiminin keçirilməsi oldu.

Rubrika.az


Geri qayıt