Əsas Səhifə > Hadisə > Sirkə turşusu içən polis əməkdaşı Bakıya köçürüldü
Sirkə turşusu içən polis əməkdaşı Bakıya köçürüldü24-01-2018, 21:08 |
|
Şəki rayonunda sirkə turşusu içən polis əməkdaşı Bakıya göndərilib. Bu barədə Trend-ə Şəki şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib. Xəstəxanadan bildiriblər ki, polis əməkdaşı Elgün Rəsulova ilkin tibbi yardım göstərilsə də, vəziyyəti ağır olduğundan Bakıya – Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə göndərilib. Xatırladaq ki, yanvarın 24-də şəhərin M.F.Axundov küçəsi, 3 ünvanında yaşayan, Şəki şəhər Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov yüksək miqdarda essensiya (sirkə) turşusu içib. Rubrika.az Geri qayıt |