Əsas Səhifə > Hadisə > Bakıda türkiyəli iş adamının evindən 110 min dollar oğurlanıb
Bakıda türkiyəli iş adamının evindən 110 min dollar oğurlanıb25-01-2018, 13:57 |
![]() Bakıda türkiyəli iş adamının evi qarət edilib. Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Selçuk Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Daxil olan məlumat əsasında araşdırmalara başlanıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir. Qeyd edək ki, Selçuk Mahmud oğlu Tapan Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Rubrika.Az Geri qayıt |