Əsas Səhifə > Dünya > NATO-nun baş katibi: "Türkiyə Suriyada qüvvədən proporsional şəkildə istifadə etməlidir
NATO-nun baş katibi: "Türkiyə Suriyada qüvvədən proporsional şəkildə istifadə etməlidir25-01-2018, 22:09 |
![]() Türkiyə Suriyada qüvvədən proporsional şəkildə istifadə etməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. “Bütün ölkələr kimi, Türkiyə də özünümüdafiə hüququna malikdir. Lakin biz istərdik ki, bu proporsional və düşünülmüş şəkildə olsun”- deyə Yens Stoltenberq Madriddə səfəri çərçivəsində jurnalistlərə bildirib. Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb. Rubrika.az Geri qayıt |