Əsas Səhifə > Cəmiyyət > Rusiyaya getmək istəyənlər bunu bilməlidirlər
Rusiyaya getmək istəyənlər bunu bilməlidirlər25-01-2018, 22:49 |
|
Bakı - Rostov sərnişin qatarının hərəkət cədvəlində yanvarın 27-dən etibarən dəyişiklik ediləcək. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Rusiya Dəmir Yolları” ASC tərəfindən sərnişin qatarlarının hərəkət cədvəllərində aparılan dəyişikliklərə əsasən, Rusiya Dəmir Yollarına məxsus heyətlə hərəkət edən 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarının hərəkət cədvəli 27.01.2018-ci il tarixdən etibarən dəyişdirilir. Qatar öz dövriyyəsi ilə - payız-qış mövsümündə dörd gündən bir, yay mövsümündə isə günaşırı hərəkət etməklə, 27.01.2018-ci il tarixdən etibarən ayın tək tarixlərində saat 3-25-də yola düşəcəkdir. Sərnişin qatarlarının 27.01.2018-ci il tarixdən etibarən hərəkət cədvəli Rubrika.az Geri qayıt |