Əsas Səhifə > Hadisə > Novruz çərşənbələrinin VAXTI AÇIQLANDI
Novruz çərşənbələrinin VAXTI AÇIQLANDI26-01-2018, 14:10 |
![]() Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2018-ci ildə qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb. Rubrika.az APA-ya istinadla bildirir ki,rəsədxananın direktor müavini Xıdır Mikayılov bildirib ki, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək. Onun sözlərinə görə, fevralın 27-də ilk - Su çərşənbəsi, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. X. Mikayılov qeyd edib ki, yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq. Rubrika.az Geri qayıt |