Əsas Səhifə > Gündəm > İlham Əliyev Alvaradoya məktub göndərdi

İlham Əliyev Alvaradoya məktub göndərdi


26-01-2018, 18:30
İlham Əliyev Alvaradoya məktub göndərdi

Prezident İlham Əliyev Honduras Respublikasının Prezidenti Zati-aliləri cənab Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu ünvalayıb.

Rubrika.az Axar.az -a istinaden xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident,

Honduras Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Honduras arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm", - təbrikdə qeyd edilir.

Rubrika.az
Geri qayıt