Əsas Səhifə > Dünya > Avropada tapılan mumya ingilis nazirin qohumu çıxdı
Avropada tapılan mumya ingilis nazirin qohumu çıxdı26-01-2018, 19:41 |
|
1975-ci ildə İsveçrənin Bazel şəhərindəki kilsələrin birində qadın mumyası aşkar edilib. "Ölkə.Az" xəbər verir ki, mumya İngiltərənin xarici işlər naziri Boris Consonun qohumu imiş. Conson bu xəbərdən çox şad olduğunu Tvitter səhifəsində yazıb: "Ulu nənəm haqqında eşitmək çox xoş oldu. Qürurvericidir". Alimlər əvvəlcə mumyanın kimə məxsus olduğunu müəyyən edə bilməyiblər. Amma testlər sübut edib ki, qadın siflisdən müalicə zamanı civə ilə zəhərlənmədən dünyasını dəyişib. Sonradan tarixçilər ehtimal ediblər ki, qadın varlı Bişoff sülaləsinin üzvüdür. Bu ailənin üzvləri XVIII əsrdə Bazeldə yaşayıblar. Sonradan alimlər qadının adını da müəyyən ediblər. Anna Katarina Bişoff Boris Consona ana xətti ilə qohumdur. Anna 1719-cu ildə Bazeldə anadan olub. Kilsə əməkdaşı ilə evlənib və siflisə yoluxduqdan sonra dünyasını dəyişib. Anna bu xəstəliyə xəstəxanada, müalicə etdiyi xəstələrinin birindən yoluxub. Rubrika.az Geri qayıt |