Əsas Səhifə > Hadisə > "Baktelekom"da işçilərin kütləvi ixtisarı aparılır?
"Baktelekom"da işçilərin kütləvi ixtisarı aparılır?26-01-2018, 20:15 |
|
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində, eləcə də digər tabeli qurumlarında işçilərin kütləvi ixtisarı aparılmır. Bunu Trend-ə "Bakı Telefon Rabitəsi” MMC-də (Baktelekom) aparılan kadr islahatları ilə bağlı məsələyə cavab olaraq nazirlikdən bildiriblər. Nazirlikdən bildirilib ki, "Baktelekom" ilə aidiyyəti telefon qovşaqlarının əməkdaşları arasındakı münasibətlər mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir: "Hazırda "Baktelekom"da daha çevik idarəetmə modelinin tətbiqi məqsədilə mərkəzləşdirmə prosesi həyata keçirilir. Belə ki, mövcud telefon qovşaqlarının "Baktelekom"a birləşdirilməsi yeni texnologiyaların tətbiqi və günün tələbləri baxımından labüddür". Rubrika.az Geri qayıt |