Əsas Səhifə > Qalmaqal > Niderlandda Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub - FOTOLAR
Niderlandda Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub - FOTOLAR27-01-2018, 19:01 |
![]() Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub. Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın APA-ya bildirib ki, hadisə ötən gecə baş verib. Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar. İ. Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır. Diaspor rəhbəri həmçinin bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur. Rubrika.az Geri qayıt |