Əsas Səhifə > Dünya > Miloş Zeman yenidən Çexiya prezidenti seçildi
Miloş Zeman yenidən Çexiya prezidenti seçildi27-01-2018, 19:43 |
![]() Şənbə günü Çexiyada keçirilən prezident seçkilərinin II turunun ilkin nəticələrinə görə, Miloş Zeman yenidən ölkə rəhbəri seçilib. “Report” TASS-a istinadən xəbər verir ki, Çexiya Statistika İdarəsi tərəfindən səslərin 86,86 faizinin hesablanmasından sonra Zeman seçicilərin 52,94 faizinin səsini toplayıb. Onun rəqibi – Çexiya Elmlər Akademiyasının sabiq rəhbəri İrji Draqoş səslərin 45,07 faizini toplamaqdadır. Rubrika.az Geri qayıt |