Əsas Səhifə > Dünya > Türkiyənin Hatay vilayətinə mərminin düşməsi nəticəsində bir uşaq yaralanıb

Türkiyənin Hatay vilayətinə mərminin düşməsi nəticəsində bir uşaq yaralanıb


27-01-2018, 21:25
Türkiyənin Hatay vilayətinə mərminin düşməsi nəticəsində bir uşaq yaralanıb

PYD/YPG terrorçularının Türkiyənin Hatay vilayətinə törətdiyi hücum nəticəsində bir uşaq yaralanıb.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, Afrindən Hatayın Reyhanlı rayonuna buraxılan raket 3 mərtəbəli binaya düşüb. Xoşbəxtlikdən bina boş olub.

Yaralanan uşaq xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Rubrika.az
Geri qayıt