Əsas Səhifə > Dünya > Bu foto Obamanın karyerasına zərbə vura bilərdi: 8 il sonra üzə çıxdı
Bu foto Obamanın karyerasına zərbə vura bilərdi: 8 il sonra üzə çıxdı27-01-2018, 23:31 |
![]() ABŞ-ın sabiq prezidenti Barak Obamanın siyasi karyerasının bitməməsi üçün gizlədilən foto illər sonra üzə çıxıb. Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, eks-prezident Barak Obamanın 2005-ci ildə "İslam milləti" hərəkatının lideri Luis Farraxanla birgə çəkilən fotosu 8 il sonra yayımlanıb. Fotonu müəllif Askia Məhəmmədin özü sosial şəbəkə hesabında paylaşıb. "O zaman fotonu yaymlamaqdan imtina etdim və bu sirri saxlayacağıma and içdim. Obama prezidentliyə namizəd olarkən də, 8 il boyunca olan prezidentliyi müddətində də bu foto gizli qaldı", - deyə o, bildirib. Tez-tez irqçilik və anti-semitizmdə günahlandırılan Luis Farraxanla Barak Obanın şəkli onun prezidentliyi dövründə yayımlansa idi, bu onun karyerası üçün ciddi təhlükəyə çevrilə bilərdi. Sözu gedən foton budur: ![]() Rubrika.az Geri qayıt |