Əsas Səhifə > Araşdırma > Ərəb Bakıda “yaxşı” vaxt keçirmək üçün otelə qadın apardı — İndi isə hakim qarşısına çıxarılır
Ərəb Bakıda “yaxşı” vaxt keçirmək üçün otelə qadın apardı — İndi isə hakim qarşısına çıxarılır29-01-2018, 21:30 |
|
Ərəb turistin Bakıda hotellərin birində qadını döyməsi, onun inzibati məsuliyyətə cəlb olunması ilə nəticələnəcək. "Ölkə.Az" Oxu.Az-a istinadən xəbər verir ki, Nəsimi rayon məhkəməsində inzibati sorğuya baxılacaq və sanksiya tətbiq olunacaq. Hazırda faktla bağlı Nəsimi rayonu 22-ci polis bölməsində araşdırma aparılır. Xatırladaq ki, Bakıda fəaliyyət göstərən hotellərin birində Bəhreyndən olan turist 25 yaşlı Mohamed Haqmed Alqasser dava salaraq, 1986-cı il təvəllüdlü Bakı sakini olan qadını döyüb. Zərərçəkən şikayətlə polisə müraciət edib. Məlum olub ki, ərəb turistin özü də müxtəlif dərəcədə xəsarətlər alıb. Belə ki, pul üstündə mübahisə etmiş iştirakçılar bir-birini döyüb. Qeyd edək ki, Qadın ərəb turistlə küçədə tanış olduqdan sonra, onlar “yaxşı” vaxt keçirmək üçün hotelin nömrəsinə qalxıblar. Rubrika.az Geri qayıt |