Əsas Səhifə > Dünya > ABŞ Türkiyəyə görə bu ərazidən imtina edə bilər
ABŞ Türkiyəyə görə bu ərazidən imtina edə bilər29-01-2018, 22:54 |
![]() ABŞ Fəratın şərqində qalmaq üçün Menbiçdən imtina edə bilər, ancaq Türkiyə mənfəəti üçün Suriya ordusu ilə birlikdə Fəratın şərqində də əməliyyat keçirməlidir. Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, bu açıqlama ilə türkiyəli siyasi ekspert Naim Baburoğlu çıxış edib. PKK/PYD-yə qarşı Afrin və Menbiçdə bir əməliyyatın Türkiyənin təhlükəsizliyi üçün yetərli olmayacağına deyən Baburoğlu ABŞ-ın Suriyanın şimalında Menbiçdən geri çəkilməmək üçün müxtəlif ssenariləri gündəmə gətirdiyini bildirib: "Bunlardan ilki əməliyyatın Afrinlə məhdudlaşması, digər variant isə Türkiyə və ABŞ-ın meydan qarşı-qarşıya gəlməsidir. Ancaq Türkiyənin mənfəəti üçün Fəratın şərqində əməliyyat şərtdir". Rubrika.az Geri qayıt |