Əsas Səhifə > Hadisə > Bakıda maneəyə çırpılan avtomobil yanıb

Bakıda maneəyə çırpılan avtomobil yanıb


29-01-2018, 23:27
Bakıda maneəyə çırpılan avtomobil yanıb

Bakıda yanğınla nəticələnən yol qəzası baş verib.



APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə yanğın hadisəsi baş verib və avtomobilin yanar hissələri yanıb. Yaxınlıqda olan avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Rubrika.az
Geri qayıt