Əsas Səhifə > İstisadiyyat > Azərbaycan neftinin - SON QİYMƏTİ

Azərbaycan neftinin - SON QİYMƏTİ


29-01-2018, 23:33
Azərbaycan neftinin - SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 71,84 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,34 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 71,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 68,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,33 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 70,03 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,55 dollar/barel azdır.//Trend

Rubrika.az
Geri qayıt