Əsas Səhifə > Hadisə > Qaxda 13 gün əvvəl su kanalına yıxılan kişi xəstəxanada ölüb
Qaxda 13 gün əvvəl su kanalına yıxılan kişi xəstəxanada ölüb30-01-2018, 22:08 |
![]() 13 gün əvvəl su kanalına yıxılan 78 yaşlı kişi xəstəxanada ölüb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsində müalicə alan, 1940-cı il təvəllüdlü Qax şəhər sakini Nemət Məhəmməd oğlu Maqsudov bu gün saat 11:50 radələrində ölüb. Qeyd edək ki, 78 yaşlı Nemət Maqsudov yanvar ayının 17-i Qax şəhəri, İ. Dağıstanlı küçəsindəki su kanalının üstündəki körpüdən keçərkən ehtiyatsızlıqdan kanala yıxılmışdı. Bədbəxt hadisə nəticəsində ağır kəllə-beyin travması alan Nemət Maqsudovun müalicəsi yanvar ayının 17-dən Qax MRX-nın reanimasiya şöbəsində aparılırdı. Rubrika.az Geri qayıt |