Əsas Səhifə > Qanun > Novruzda kimlər əfv oluna bilər? (AÇIQLAMA)

Novruzda kimlər əfv oluna bilər? (AÇIQLAMA)


30-01-2018, 23:15
Novruzda kimlər əfv oluna bilər? (AÇIQLAMA)
"Bu gündən əfv komissiyasının iclasları başlayır. Siyahıda kimlərin olacağını söyləmək çətindir, çünki bu, konfidensial informasiyadır".

Bu barədə Qaynarinfo-ya Əfv Məsələləri Komissiyanın üzvü Əliməməd Nuriyev açıqlama verib. O, müxtəlif deputatlardan, QHT-lərdən, məhkum olan şəxslərin vəkillərindən çoxsaylı müraciətlərin daxil olduğunu bildirib:

"Novruz bayramında bir sıra şəxslərin əfv olunacağını istisna etmirəm. Çünki ötən il Novruz bayramı ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı imzalanmışdı. Yenə də bu sərəncamın nə vaxt verilməsi prezidentin səlahiyyətlərinə daxil olan məsələdir. Siyahıda kimlərin olacağını söyləmək çətindir, çünki bu, konfidensial informasiyadır. Bu səbəbdən ad sadalamaq düzgün olmaz. Çünki müraciət edənlərin əfv olunub-olunmaması sərəncamdan sonra məlum olacaq. Bəzi hallarda belə fikir yaranır ki, əfv komissiyasının iclasları qapalı keçirilir. Birincisi dediyim kimi ümumiyyətlə əfv məsələsi konfidensial xarakter daşıyır. İkincisi də komissiyaya daxil olan məlumatlar fərdi məlumatlardır və onların açıqlanması qanunla qadağan edilib.
Novruzda kimlər əfv oluna bilər? (AÇIQLAMA)
Müraciətlər çoxdur. Müxtəlif deputatlardan, QHT-lərdən, məhkumların vəkillərindən, özlərində, valideynlərindən çoxsaylı müraciətlər daxil olur. Bəziləri hüquqi əsasları olmasa belə müraciət edirlər. Hər halda kimin ki, müraciət etmək hüququ var və müraciət edib, həmin məsələlərə baxılır və bununla bağlı komissiya tərəfindən müvafiq arayış hazırlanır. Qeyd edim ki, ötən il 1000-ə yaxın müraciət daxil olmuşdu, bu il isə nə qədər olacağını dəqiq deyə bilmərəm".

Rubrika.Az
Geri qayıt