Əsas Səhifə > Hadisə > Bakıdakı partlayışda xəsarət alan fəhlə dünyasını dəyişdi
Bakıdakı partlayışda xəsarət alan fəhlə dünyasını dəyişdi31-01-2018, 13:15 |
|
Ötən gün Respublika Yanıq Mərkəzində qaz partlayışı zamanı bədəninin 90 faizi yanan fəhlə, 57 yaşlı Mahmudov Zahid Şükür oğlu dünyasını dəyişib. Bu barədə “Ölkə.Az”-a mərkəzin baş həkimi Şöhrət Məmmədov açıqlama verib. Xatırladaq ki, yanvar ayının 27-də səhər saatlarında Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində “Fərəh” MTK-ya məxsus 18 mərtəbəli binanın altında yerləşən dəftərxanın zirzəmisində baş verib. Fəhlə zirzəmidə işığı yandırmaq istəyərkən qaz partlayıb. Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumatına görə, yanğınla nəticələnən partlayış nəticəsində binanın birinci mərtəbəsində yerləşən dəftərxana ləvazimatları mağazasının içərisinin satış rəfləri, alkopan konstruksiyalar və tavanı dağılıb, qapı-pəncərələri çərçivədən çıxmış, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb. Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazimatları qismən yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Rubrika.Az Geri qayıt |