Əsas Səhifə > Din > Bu ilin ilk Ay tutulması başlayıb
Bu ilin ilk Ay tutulması başlayıb31-01-2018, 16:30 |
|
Rubrika.Az "Ölkə.Az"a istinadla xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya deyib ki, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanıb, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq. Onun sözlərinə görə, tutulma Azərbaycan ərazisində 18:00-dan etibarən Ay doğduqca görünəcək və həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq: “Azərbaycan ərazisində saat 18:00-dan sonra Ay tutulmasını müşahidə edə biləcəyik”. X. Mikayılov bildirib ki, tutulma zamanı Ay qırmızı rəngdə göründüyü üçün buna adətən “Qanlı Ay tutulması” da deyilir: “Super Ay tutulması” yanvarın 1-də müşahidə olunub, bugünkü “Super Ay tutulması” deyil”. Direktor müavini qeyd edib ki, tutulma Yerin ekvatorial zonasında baş verəcək. Qeyd edək ki, ikinci Ay tutulması iyulun 28-də olacaq. Rubrika.Az Geri qayıt |