Əsas Səhifə > Hadisə > Goranboyda partlamamış hərbi sursatlar aşkarlanıb
Goranboyda partlamamış hərbi sursatlar aşkarlanıb31-01-2018, 19:48 |
|
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ərazisində iki ədəd mərmi və bir ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub. ANAMA-dan APA-ya verilən məlumata görə, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd partlamamış hərbi sursat (2 ədəd 100 mm-lik top mərmisi (BK-5M və OF-32) və 1 ədəd köhnə model əl qumbarası) aşkar olunaraq ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. Rubrika.az Geri qayıt |