Əsas Səhifə > Gündəm > Prezidentdən Tofiq Ağahüseynovla bağlı - Qərar
Prezidentdən Tofiq Ağahüseynovla bağlı - Qərar1-02-2018, 10:18 |
|
Prezident İlham Əliyev Tofiq Yaqub oğlu Ağahüseynovla bağlı sərəncam imzalayıb. Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, o, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Tofiq Ağahüseynov Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə mükafatlandırılıb. Qeyd edək ki, Tofiq Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkidə anadan olub. Orta məktəbi Bakıda bitirib. 1941-ci ilin sentyabrında o, Bakı Zenit Artilleriya Məktəbinə daxil olur. Bir il yarımdan sonra Tofiq leytenant rütbəsi alır və bu rütbə ilə Bakıdan ayrılmalı olur. 1-ci Belarus cəbhəsində vzvod-komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi olmuş, Visla-Oder və Berlin əməliyyatlarında iştirak edib. Müharibə bitdikdən sonra Tofiq Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalıb. Tofiq Ağahüseynov 1960-64-cü illərdə Hövsanda yerləşən Hava Hücumundan Müdafiə polkuna komandirlik edib, 1964-cü ilin sonlarında Volqoqrada göndərilib və diviziya komandiri kimi orada çalışıb. 1968-ci ildə general-mayor rütbəsi alıb. 1969-cu ildən Rostovda korpus komandiri təyin edilb. 1972-ci ildə generalleytenant rütbəsi alıb və 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilib. 1980-ci ildə general-polkovnik rütbəsini alan Tofiq Ağahüseynova həm də Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilib. O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır.Tofiq Ağahüseynova 1982-ci ildə daha böyük bir vəzifə həvalə etdilər. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunub. Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunub. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycanda hərbi qulluqçuluq sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Rubrika.az Geri qayıt |