Əsas Səhifə > Hadisə > Yasamalda soyğunçu qadından 900 manat götürərək qaçıb

Yasamalda soyğunçu qadından 900 manat götürərək qaçıb


1-02-2018, 20:48
Yasamalda soyğunçu qadından 900 manat götürərək qaçıb

Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində bir qadının pulunun açıq talama yolu ilə alınması barədə müraciət daxil olub.

Rubrika.az Virtual.orq-a istinaden xeber verir ki DİN-in mətbuat xidmətindən bildiriblər ki, məlumatla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla S.Qurbanov küçəsində Bakı şəhər sakini T.Məmmədovanın 900 manat pulunun soyğunçuluq yolu ilə alınması məlum olub.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxs qısa zamanda müəyyən edilib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Ağayev saxlanılaraq istintaqa cəlb edilib.

Rubrika.az
Geri qayıt