Əsas Səhifə > Dünya > Ərdoğan cənazə mərasimində tabut daşıdı
Ərdoğan cənazə mərasimində tabut daşıdı2-02-2018, 21:44 |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Görüş hərəkatının liderlərindən olan Bəkir Sıtkı Albayrağın dəfnində iştirak edib. Axar.az xəbər verir ki, Mərmərə Universitetinin İlahiyyat fakültəsinin nəzdindəki məsciddə baş tutan mərasimə Ərdoğanla yanaşı, dövlət başçısının qudası Özdəmir Bayraqdar, İstanbul bələdiyyəsinin sədri Vasip Şahin və digər vəzifəli şəxslər qatılıblar. Cənazə namazından sonra Albayrağın tabutu avtomobilə qədər aparılıb. Bu zaman tabutun daşınmasına Ərdoğan da yardımçı olub, həmçinin mərhum torpağa tapşırılarkən dövlət başçısı Quran da oxuyub. Rubrika.Az Geri qayıt |