Əsas Səhifə > İstisadiyyat > Neftin qiymətindən nə xəbər?

Neftin qiymətindən nə xəbər?


2-02-2018, 23:29
Neftin qiymətindən nə xəbər?

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 1-də 70,9 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,57dollar/barel çoxdur.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 1-də 70,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 1-də 66,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 1-də 68,49 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

Rubrika.az
Geri qayıt