Əsas Səhifə > Aktual > İlin “Gənclər paytaxtı” Naxçıvan oldu

İlin “Gənclər paytaxtı” Naxçıvan oldu


2-02-2018, 23:41
İlin “Gənclər paytaxtı” Naxçıvan oldu

Naxçıvan şəhəri 2018-ci ildə Azərbaycanın "Gənclər paytaxtı" elan edilib.
Rubrika.az "Ölkə.Az"a istinaden xəbər verir ki, bu barədə 2 fevral - Gənclər günü ilə bağlı keçirilən tədbirdə elan edilib.

Naxçıvan şəhəri onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib.
"Gənclər paytaxtı"nın simvolik açarı Naxçıvan MR-in gənclər və idman naziri Azad Cabbarova təqdim olunub.

Qeyd edək ki, 2017-ci ilin “Gənclər paytaxtı” Balakən şəhəri elan edilmişdi.

Rubrika.az


Geri qayıt