Əsas Səhifə > Gündəm > İlham Əliyev Şri-Lankaya məktub göndərdi

İlham Əliyev Şri-Lankaya məktub göndərdi


3-02-2018, 19:14
İlham Əliyev Şri-Lankaya məktub göndərdi


Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Maytripala Sirisenaya təbrik məktubu ünvanlayıb.

Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm", - təbrikdə qeyd edilir.

Rubrika.az
Geri qayıt