Əsas Səhifə > Siyasət > ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Bakıya gəlib

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Bakıya gəlib


3-02-2018, 23:03
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Bakıya gəlib

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şefer Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair müzakirələri davam etdirmək üçün Bakıya səfərə gəlib.

Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev daha öncə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər. Belə ki, fevralın 6-da Minsk qrupunun digər həmsədrləri Stefan Viskonti (Fransa) və İqor Popovun Bakıya səfərə gələcəkləri bildirilib. Əsas görüşlər fevralın 7-də keçiriləcək.

Rubrika.az
Geri qayıt