Əsas Səhifə > Dünya > Tramp: Bu, Amerikanın rüsvayçılığıdır

Tramp: Bu, Amerikanın rüsvayçılığıdır


3-02-2018, 23:29
Tramp: Bu, Amerikanın rüsvayçılığıdır

Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı açılan istintaq Amerikanın rəzalətidir.

Rubrika.az Axar.az -a istinaden xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Federal Təhlükəsizlik Bürosunun prezident seçkiləri ilə bağlı istintaq materiallarının yayılmasına münasibət bildirərkən Tvitter hesabında qeyd edib. O bildirib ki, Federal Tədqiqatlar Bürosunun rəhbərləri təşkilatı siyasiləşdirir:

"Rus cadugər ovu davam edir. Nə gizli razılaşma, nə də istintaqa əngəl var. Bu, Amerikanın rüsvayçılığıdır. Ədliyyə Nazirliyində Rusiya istintaqı çərçivəsində aparılan sorğu Respublikaçılar Partiyasına zərər verir".

Qeyd edək ki, ​ABŞ Prezidenti Donald Tramp öz komandasının Rusiya ilə əlaqələrini araşdıran Federal Təhqiqatlar Bürosu və Ədliyyə Nazirliyinin rəhbərliyinin səlahiyyətlərindən sui-istifadəsi ilə bağlı Respublikaçılar Partiyasının hazırladığı hesabatı ictimaiyyətə təqdim edib. Sənəddə vəzifəsindən sui-istifadə edən ABŞ Federal Tədqiqatlar Bürosunun (FTB) direktor müavini Andryu Makkeyb komissiyaya verdiyi ifadədə Trampın köməkçisi Karter Peyc haqqında elektron təqib başlatdığını etiraf edib.

Rubrika.az
Geri qayıt