Əsas Səhifə > Hadisə > Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - 11 apreldə!
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - 11 apreldə!5-02-2018, 11:37 |
|
Prezident İlham Əliyev prezident seçkilərinin növbədən kənar keçirilməsi ilə bağlı sərəncam verib. Rubrika.Az xəbər verir ki, bu haqda rəsmi məlumatı AzərTac yayıb. Sərəncama əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprel ayının 11-nə təyin edilib. *** Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram: 1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin. 2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin. Rubrika.Az Geri qayıt |