Əsas Səhifə > Hadisə > Tanınmış jurnalist "İnterfaks-Azərbaycan"ın baş direktoru oldu

Tanınmış jurnalist "İnterfaks-Azərbaycan"ın baş direktoru oldu


5-02-2018, 16:37
Tanınmış jurnalist "İnterfaks-Azərbaycan"ın baş direktoru oldu

Rubrika.az Milli.Az-a istinadla xəbər verir ki, Anar Əzizov "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinə yeni baş direktor təyin olunub.

Qeyd edək ki, A.Əzizovun karyerasının təxminən 15 ili məhz "İnterfaks-Azərbaycan"la bağlıdır. O, 2003-cü ildən eyniadlı agentlikdə çalışır, 2015-ci ildən bu günədək isə həmin media qurumunda baş redaktor olub.

Xatırladaq ki, 2017-ci ilin dekabrın 21-də "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinin sabiq rəhbəri Aleksandr İvanov 67 yaşında vəfat etdiyindən bu vəzifə boş qalmışdı.

Rubrika.Az
Geri qayıt