Əsas Səhifə > Hadisə > Evlənmək üçün rayona gələn şəxs nişan günü qəzada öldü - VİDEO

Evlənmək üçün rayona gələn şəxs nişan günü qəzada öldü - VİDEO


5-02-2018, 19:28
Evlənmək üçün rayona gələn şəxs nişan günü qəzada öldü - VİDEO

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.

ARB TV xəbər verir ki, hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcustan sərhəd yolunun Zaqatala şəhəri ərazisində keçən hissəsində baş verib.

Zaqatala şəhər sakini, 1983-cü il təvəllüdlü Əhməd Həsənov idarə etdiyi “Mercedes” markalı, 10-ZS-062 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol ayrıcındakı beton maneəyə çırpıb.

Qəza nəticəsində Əhməd Həsənov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, Əhməd Həsənov Rusiyada bizneslə məşğul olub. Bir neçə gün əvvəl ailə qurmaq məqsədi ilə doğulduğu Zaqatala şəhərinə gəlib. Hadisə baş verən gün isə mərhumun nişan mərasimi olub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Rubrika.az



Geri qayıt