Əsas Səhifə > Maraqlı > CAR-da 60 nəfər "ilanın qəzəbi"nə tuş gəldi

CAR-da 60 nəfər "ilanın qəzəbi"nə tuş gəldi


5-02-2018, 20:49
CAR-da 60 nəfər "ilanın qəzəbi"nə tuş gəldi

Cənubi Afrika Respublikasında (CAR) 60 nəfər inək ətindən zəhərlənərək xəstəxanaya düşüb.

Trend-in məlumatına görə, Mpoza kəndinin sakinləri kobra sancması nəticəsində ölən inəyin ətini yeyiblər.

Nəticədə onlarbaş ağrısı, qusma, ishal və digər şikayətlərlə xəstəxanaya yerləşdirilib. Zəhərlənənlər arasında 16 uşaq və 4 yaşlı şəxs olub.

Sakinlər özləri “ilanın qəzəbi” nəticəsində xəstəxanaya düşdüyünü hesab edib.

Rubrika.az
Geri qayıt