Əsas Səhifə > Hadisə > Fazil Məmmədov bu vəzifədən də azad edildi – Sərəncam
Fazil Məmmədov bu vəzifədən də azad edildi – Sərəncam6-02-2018, 11:00 |
|
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, bu sərəncamda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 448, № 4, maddə 604) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibini dəyişib. Beləliklə, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrlik etdiyi komissiya üzvləri aşağıdakı vəzifə sahibləridir: Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Azərbaycan Respublikasının vergilər naziri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti”. Qeyd edək ki, Prezidentin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamında komissiyanın tərkibi nazirlərin adları ilə göstərilmiş və keçmiş vergilər naziri Fazil Məmmədov üzv olaraq qeyd edilmişdi. Rubrika.az Geri qayıt |