Əsas Səhifə > Dünya > Ərdoğan: Türkiyə Aİ-yə daxil olmaq naminə öz maraqlarını qurban verməyəcək
Ərdoğan: Türkiyə Aİ-yə daxil olmaq naminə öz maraqlarını qurban verməyəcək5-02-2018, 23:16 |
![]() Türkiyə Avropa İttifaqına (Aİ) daxil olmaq naminə öz maraqlarını qurban verməyəcək. Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı bildirib ki, Aİ Ankara ilə danışıqları guya Türkiyənin onun tələblərini yerinə yetirməməsi bəhanəsi ilə dayandırıb: "Türkiyə Avropa İttifaqının bütün tələblərini yerinə yetirib və onun tamhüquqlu üzvü olmaq niyyətindədir". R.T.Ərdoğan əlavə edib ki, Aİ-nin digər şərtləri Ankaranı maraqlandırmır. Rubrika.az Geri qayıt |