Əsas Səhifə > Müsahibə > Dərsini replə deyən lənkəranlı müəllim “Yeni Müsavat”ın qonağı oldu: “Nazir müavini mənə dedi ki...” - VİDEO, FOTOLAR

Dərsini replə deyən lənkəranlı müəllim “Yeni Müsavat”ın qonağı oldu: “Nazir müavini mənə dedi ki...” - VİDEO, FOTOLAR


6-02-2018, 18:29
Dərsini replə deyən lənkəranlı müəllim “Yeni Müsavat”ın qonağı oldu: “Nazir müavini mənə dedi ki...” - VİDEO, FOTOLAR

Ucqar dağ kəndində müəllim işləyən, maraqlı paylaşımları, özünəməxsus tədris üslubu ilə sosial şəbəkələrdə fenomenə çevrilən Həbib Əlizadə ictimai mühitdə özünə sevgi qazanmağı bacarıb.

Lənkəran rayonunda, Gəgiran kənd orta məktəbində tarix müəllimi işləyən Həbib Əlizadə özünəməxsus dərs metodu ilə şagirdlərin dərsə olan marağını daha da artırıb. Ən zəif oxuyan şagirdlər belə onun dərsinə hazırlıqlı gəlir, tədris etdiyi tarix fənnini maraqla öyrənirlər. Həbib Əlizadənin digər müəllimlərdən bir fərqi də şagirdləri ilə dostluq etməsidir. Yəni, onun dərsi zamanı müəllim-şagird rəsmiyyəti aradan qalxır. Həbib Əlizadə düşünür ki, bu metodla şagirdlərə sərbəstlik verir, qarşılığında da onlardan elm tələb edir.

Bütün bunları yaxından izləmək üçün “Yeni Müsavat”ın reportyor qrupu olaraq təxminən 3 ay öncə Həbib Əlizadənin işlədiyi Gəgiran kəndində olub, onun dərs metodu ilə tanış olduq. Həm Gəgiran kənd orta məktəbindən, həm də Həbib müəllimin ailəsindən ətraflı bir reportaj hazırladıq.

Çox sevindirici haldır ki, reportaj yayımlandıqdan sonra ucqar dağ kəndində yerləşən məktəbdə internet şəbəkəsi quruldu. İndi demək olar ki, şagirdlərin sərbəst şəkildə internetə çıxışı imkanı var.

Həbib müəllimin şagirdlərə qayğısı və təhsilə verdiyi tövhə Təhsil Nazirliyi tərəfindən də alqışlanır, ona bu işlərdə dəstək olunur. Müəllimin dediyinə görə, nazirlik tərəfindən Gəgiran kənd orta məktəbinin yenidən tikilməsi planlaşdırılır.

Təhsil Nazirliyi tərəfindən “Gənclər günü” ilə bağlı Bakıya dəvət olunan Həbib müəllimlə görüşmək imkanı əldə etdik. Gənc müəllim “Yeni Müsavat” qəzetinin qonağı da oldu. O, qarşısına qoyduğu yeni məqsədlərdən və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirməyə çalışdığı layihələrdən danışdı.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz...

Rubrika.az



Dərsini replə deyən lənkəranlı müəllim “Yeni Müsavat”ın qonağı oldu: “Nazir müavini mənə dedi ki...” - VİDEO, FOTOLAR

Geri qayıt