Əsas Səhifə > Dünya > Tayvanda şiddətli zəlzələ — Otel çökdü, dağıntılar altında qalanlar var

Tayvanda şiddətli zəlzələ — Otel çökdü, dağıntılar altında qalanlar var


6-02-2018, 21:46
Tayvanda şiddətli zəlzələ — Otel çökdü, dağıntılar altında qalanlar var

Tayvanda 6,4 maqnitudalı zəlzələ baş verib.


“Ölkə.Az”ın “The Telegraph”a istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində Tayvanın şərq sahillərindəki otellərdən biri çöküb.

ABŞ Seysmik Araşdırmalar Mərkəzinin məlumatına görə, yerin 9,5 km dərinliyində baş verən zəlzələdən sonra sunami təhlükəsi xəbərdarlığı edilməyib.
Zəlzələnin episentri Hualian şəhərindən 21,4 km uzaqlıqda olub. Zəlzələ nəticəsində başqa bir otelin də zədələndiyi bildirilir.

Yerli mətbuat isə bildirir ki, çökən otelin ətrafında olan təxminən 30 nəfər dağıntılar altında qalıb.

Rubrika.az


Geri qayıt