Əsas Səhifə > Hadisə > Suraxanı rayonunda 2 yaşlı körpə zəhərlənib
Suraxanı rayonunda 2 yaşlı körpə zəhərlənib7-02-2018, 13:30 |
|
Hadisə Hövsan qəsəbəsində baş verib. Rubrika.Az-ın “Ölkə.Az”-a istinadən əldə etdiyi məlumata görə, Çöllük küçəsində yaşayan, 2016-cı il təvəllüdlü Amin Amil oğlu Nəsirov zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım işçilərinin köməkliyi ilə 1 saylı şəhər xəstəxanasının Toksikologiya Şöbəsinə çatdırılıb. Həkimlərin köməkliyi nəticəsində körpənin həyatı xilas olunub və məlum olub ki, A.Nəsirov xlor məhlulundan zəhərlənib. Körpəyə tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb. Faktla bağlı Suraxanı RPİ-nin 30-cu Polis Bölməsi tərəfindən araşdırmalara başlanılıb. Rubrika.Az Geri qayıt |