Əsas Səhifə > Hadisə > Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olub


7-02-2018, 20:24
Bakıda restoranda yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.



APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranın mətbəxinin tüstü bacasında yağ qalıqları yanıb.



Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Rubrika.az
Geri qayıt