Əsas Səhifə > Dünya > Türkiyə “Zeytun budaği” ilə bağlı müttəfiqlərinə çağırış etdi
Türkiyə “Zeytun budaği” ilə bağlı müttəfiqlərinə çağırış etdi8-02-2018, 18:48 |
![]() Rəsmi Ankara müttəfiqlərini PYD və YPG terrorçularına qarşı aparılan "Zeytun budağı" əməliyyatını dəstəkləməyə çağırıb. Rubrika.az Trend-ə istinaden məlumatına görə, Xarici İşlər Nazirliyinin müşaviri Hami Aksoy bildirib ki, Türkiyə son qələbəyə qədər terrorçularla mübarizə aparacaq və bu addımlar beynəlxalq hüquq çərçivəsində atılır. O vurğulayıb ki, Suriyanın Afrin bölgəsində hərbi əməliyyatlar Türkiyənin təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənib. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. Rubrika.az Geri qayıt |