Əsas Səhifə > Səhiyyə > Səhiyyə Nazirliyinə 15 milyon manat ayrıldı - Sərəncam

Səhiyyə Nazirliyinə 15 milyon manat ayrıldı - Sərəncam


10-02-2018, 12:25
Səhiyyə Nazirliyinə 15 milyon manat ayrıldı - Sərəncam

Prezident İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Rubrika.Az AzərTAc-a istinadən xəbər verir ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi, mövcud xəstəxana binalarının təmiri, avadanlıq və inventarla təchiz olunmasının başa çatdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 15,52 milyon (on beş milyon beş yüz iyirmi min) manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Rubrika.az
Geri qayıt