Əsas Səhifə > Hadisə > Abşeronda qumbara tapılıb

Abşeronda qumbara tapılıb


10-02-2018, 16:55
Abşeronda qumbara tapılıb

Abşeron rayonu Mehdiabad qəsəbəsində əl qumbarası aşkarlanıb.

Rubrika.az bildirir ki, ANAMA-dan verilən məlumata görə, bu gün Mehdiabaddakı Polis Bölməsindən agentliyə 1 ədəd əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş polis bölməsindən 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Rubrika.Az
Geri qayıt