Əsas Səhifə > Dünya > Yer kürəsinin yaxınlığından asteroid keçəcək

Yer kürəsinin yaxınlığından asteroid keçəcək


10-02-2018, 22:33
Yer kürəsinin yaxınlığından asteroid keçəcək

Astronomlar beş gün əvvəl aşkar edilmiş asteroidin bu gün Yer kürəsinin yaxınlığından keçəcəyini açıqlayıblar.

AZƏRTAC “bbc.com” saytına istinadla xəbər verir ki, “2018 CB” adlandırılan asteroid Yer kürəsinə planetimizlə Ay arasındakı məsafənin beşdəbiri qədər olan məsafədən keçəcək (69,700 kilometr).

40 metr böyüklüyündə olan asteroidin Yer kürəsinə təhlükə törətməyəcəyi bildirilib.

Asteroid planetimizə yerli vaxtla gecə saat 02:27-də ən yaxın məsafədə olacaq.

Rubrika.az
Geri qayıt